Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aylardır müzakirə olunan ikitərəfli sülh sazişinin mətnini paraflayacaqları xəbər verilir.
Müşahidəçilər hesab edir ki, bu gün - 8 avqustda Ağ evdə keçiriləcək görüş prezident Tramp üçün Nobel Sülh Mükafatına namizədliyini gücləndirmək baxımından əhəmiyyətli bir fürsət ola bilər.
Avqustun 8-də imzalanacaq sülh sazişi Qafqazı "sülhə doğru dönməz yola" çıxaracaq, on illərlə davam edən müharibəyə son qoyacaq.
ABŞ Dövlət Departamenti Rusiya, İsrail və El-Salvadorda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatı yumşaldıb.
ABŞ-nin Texas ştatında 22 yaşlı hərbi qulluqçu Teylor Adam Li həbs olunub.
Tanınmış gürcü jurnalisti, "Netqazeti" və "Batumelebi" müstəqil media qurumlarının təsisçisi Mzia Amaqlobeli 2 il müddətinə azadlıqdan məhrum edilib.
Putinin Uitkoff ilə Moskvada görüşü son altı ayda beşincidir.
İyulun 31-də keçirilən mətbuat konfransında Qazaxıstan baş nazirinin birinci müavini Roman Sklyar Çinin Qazaxıstanın üçüncü atom elektrik stansiyasını tikəcəyini elan edib. Bununla da Pekinin Mərkəzi Asiya ölkəsinin nüvə gələcəyinə artan təsiri daha da dərinləşir.
Avropa İttifaqından olan diplomatik mənbə AzadlıqRadiosuna bildirib ki, "görünür, Tramp və Putin arasında şəxsi görüş hazırlanır".
Hindistan Xarici İşlər Nazirliyi (XİN) cavab olaraq bildirib ki, "milli maraqları qorumaq üçün bütün tədbirləri görəcək".
Dövlətə xəyanətdə suçlanaraq 15 il həbs cəzası kəsilən politoloq Bəhruz Səmədovun haqqındakı hökmdən apellyasiya şikayəti verilib.
"Azər Səricanov oğluna qarşı baş verənlərdən çox narahatdır. Buna görə Elşən Murtuzovla görüşmək istəyir".
Davamı