Avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşəcəyi bildirilir. Ekspert deyir, sülh olmayacaqsa, Tramp bu məsələyə niyə qol qoysun.
Təkcə bu ilin ilk 6 ayında Rusiyada azı 42 uşaq təxribat, terror aktı və dövlətə xəyanətdə ittiham olunub. Azərbaycanda yeniyetmələr ən çox oğurluq, xuliqanlıq, sağlamlığa qəsdən zərər vurma və ya öldürmə maddələri ilə ittiham edilib.
Rusiya Ukraynanın Xarkov vilayətində dəmiryolu qovşağını vurub, azı 2 nəfər həlak olub. AzadlıqRadiosunun müxbiri Sergey Horbatenko Lozova dəmiryolu stansiyasında olub, yaralılar arasında iki uşağın olduğunu bildirir.
Ukraynanın Donetsk vilayətindəki Konstantinovka şəhərinin sakinləri daimi dron hücumlarına məruz qalırlar deyə, evlərini tərk edirlər. AzadlıqRadiosunun Ukrayna xidməti vaxtilə arxa cəbhədə olanların gedişini lentə alıb.
Avqustun 2-də Azərbaycan qazı Türkiyə vasitəsilə Suriyaya göndərilməyə başlayıb. Enerji məsələləri üzrə ekspert Bryus Pannier deyir ki, burda böyük geosiyasi dividentləri Türkiyə əldə edəcək, çünki Türkiyə qaz tranziti mərkəzinə çevrilir.
30 iyul sunamisindən sonra Rusiyanın Rıbaçiy nüvə sualtı bazasına ziyanın miqyasını göstərən peyk təsvirləri əldə edilib. Sunamiyə Rusiyanın Sakit okean sahilindəki Kamçatka yarımadasından 120 km məsafədə 8.8 bal gücündə zəlzələ səbəb olub.
Avqustun 3-nə keçən gecə Ukraynanın Nikolayev vilayətində Rusiyanın zərbələrindən onlarla ev dağılıb, yaxud ziyan görüb. Ukrayna isə Soçidə Rusiyanın neft obyektlərini vurub.
Fransa, Böyük Britaniya, Kanada və bir sıra digər ölkələr Fələstin dövlətinin müstəqilliyinin tanınması prosesinə başlamağa hazır olduqlarını bəyan ediblər.
Xankəndidə 2021-ci ildə qoyulmuş erməni əsilli rus rəssam İvan Ayvazovskinin büstünün bugünlərdə sökulməsi Azərbaycan-Rusiya arasında gərginliyi yenə tətikləyib.
Son 10-15 ildə xarici dildə tədris istər özəl, istərsə də dövlət uşaq bağçalarında geniş yayılıb. Valideynlərdən bəzisi öncə ana dili bilməni önəmli sayır, bəzisi isə xarici dil öyrənməyin vacibliyini düşünür.
Avropa Şurası və Almaniya Bundestaqında Azərbaycanla bağlı korrupsiya işi üzrə hökm çıxarılıb. 'Avropa Şurasını pulla ələ almaq mümkün olmayacaq'
İyulun 30-dan 31-nə keçən gecə Rusiya qoşunları Kiyevə raket və dron zərbələri endirib. Bu hücumlarda azı 8 nəfər həlak olub, onlardan biri 6 yaşlı uşaqdır. 82 yaralı var.
Davamı